Kiyev metrosu fəaliyyətini DAYANDIRDI

Kiyev metrosu fəaliyyətini DAYANDIRDI

Hazırda oxunan: Kiyev metrosu fəaliyyətini DAYANDIRDI
593734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiyevdə kəskin enerji böhranı səbəbindən metro nəqliyyatı dayandırılıb, şəhər tamamilə iflic vəziyyətinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat yayıb.

Merin sözlərinə görə, Ukraynanın bir çox şəhərlərində olduğu kimi, paytaxtda da təcili elektrik kəsintiləri tətbiq olunur:

“Gərginliyin aşağı olması səbəbindən metro qatarlarının hərəkəti dayandırılıb və hazırda yeraltı stansiyalar ehtiyat enerji mənbələri hesabına yalnız sığınacaq kimi fəaliyyət göstərir”.
 

Qeyd edək ki, hazırda Kiyevdə vəziyyət kritik həddə çatıb. Şəhər üzrə su və istilik təchizatı sistemləri dayanıb, paytaxta gələn elektrik qatarlarının hərəkəti də dondurulub.


Kəsintilər temperaturun kəskin şəkildə düşdüyü şiddətli şaxtalar zamanı baş verdiyindən 400-dən çox çoxmərtəbəli bina tamamilə istiliksiz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO