
- A-
- A
- A+
Dünya
13:10 / 06.01.2026
1 dəq oxunma
Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözü ilə cavab verdi - VİDEO
Hazırda oxunan: Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözü ilə cavab verdi - VİDEO
589257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün İran Prezidenti Məsud Pezeşkian "İslam şuralarının mövqeyi və xalqın konstitusiyada iştirakı" mövzusunda keçirilən konfransda çıxış edərək, ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.
M.Pezeşkian deyib ki, tənqidlərə qulaq asıb və onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır.
"Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda siz də qulaq asın. Dediklərimə üz turşutmaq lazım deyil", - prezident vurğulayıb.
Pezeşkian çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində: "Adını qoydum Rəşid - birini de, birini eşit", - atalar sözü ilə cavab verib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































