Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Hazırda oxunan: Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO
588540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp əllərinə tonal krem çəkdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, pezident bu barədə "The Wall Street Journal" nəşrinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, istifadə etdiyi makiyaj asanlıqla çəkilir və bu proses cəmi 10 saniyə vaxt aparır. Tramp tonal vasitələrdən əsasən əlinin üst hissəsində istifadə etdiyini bildirib.
 

Tramp qanını durulaşdırmaq üçün hər gün çoxlu miqdarda aspirin qəbul etdiyini bildirib. O, ürəyindən qatı qan axmasını istəmədiyini, ona görə də qanını durulaşdırmaq üçün aspirin qəbul etdiyini söyləyib.


Ağ Ev rəhbəri əllərindəki mavi ləkələrin səbəbinin çox miqdarda aspirin qəbul etməsi ilə əlaqələndirib. Ləkələrə görə həkimlər onun dozasını azaltmağı məsləhət gördülər, lakin Tramp 25 ildir eyni rejimdə dərman qəbul etdiyini deyib.

Ağ Evin mətbuat katibi Karolayn Levitt fevral ayında bildirmişdi ki, Trampın əlindəki göyərmə tez-tez etdiyi əl sıxmaları ilə bağlıdır.
 

Daha sonra, iyul ayında Ağ Evin həkimləri Trampa xroniki venoz çatışmazlıq diaqnozu qoyulduğunu açıqlamış, bununla yanaşı onun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu vurğulanmışdı.


Donald Tramp özü isə dekabrın ortalarında üçüncü dəfə koqnitiv testdən uğurla keçdiyini bəyan edib.

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO - foto 1
Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO