İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

Hazırda oxunan: İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO
588131
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkənin milli valyutası olan rialın kəskin dəyər itirməsi olub.

Paytaxt Tehranda başlayan etirazlar bütün ölkə ərazisinə yayılıb.

Cərəyan edən hadisələr fonunda İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Mərkəzi Bankda təcili iclas keçirilib. Artıq İran Mərkəzi Bankının sədri Mohammad Farzin istefa verib, onun yerinə keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Həmmati təyin edilib.

Qeyd edək ki, İran rialı dekabrın 28-də 1 dollar/1,42 milyon rial səviyyəsinə qədər ucuzlaşıb. Ötən gün isə bir qədər dəyər qazanaraq 1 dollar/1,38 milyon rial səviyyəsində ticarət olunmağa başlayıb.

Sosial şəbəkələrdə Tehranda keçirilən mitinqlərdən görüntülər yayılıb. Etirazçılar aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO