“Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir, Rusiya bundan narahatdır” - Lukaşeviç

Hazırda oxunan: “Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir, Rusiya bundan narahatdır” - Lukaşeviç

55820

Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahatdır. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu bazar ertəsi Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç “Rossiya Seqodnya” agentliyinin onlayn brifinqində deyib.

"Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələ də regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında, humanitar problemlərin həllində tərəflərə kömək edə bilmirlər", - Lukaşeviç bildirib.

Rusiyalı diplomat əminliklə bildirib ki, çox yaxın gələcəkdə həmsədrlər regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcəklər.

Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun üç həmsədri Rusiya, Fransa və ABŞ-ın nümayəndələridir.

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə müsahibələrində açıq şəkildə bəyan edib ki, Qarabağ problemi yoxdur, bu məsələ bağlanıb. 

Xatırladaq ki, 44 günlük müharibədən sonra vasitəçilər heç vaxt Dağlıq Qarabağa səfər edə bilməyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO