Pandemiya zamanı varlılar sərvətlərini ikiqat artırdı, yoxsullar daha da yoxsullaşdı – HESABAT

Hazırda oxunan: Pandemiya zamanı varlılar sərvətlərini ikiqat artırdı, yoxsullar daha da yoxsullaşdı – HESABAT

55753

Koronavirus pandemiyası dövründə, yəni 2020-ci ilin martından 2021-ci ilin noyabrına qədər dünyanın ən zəngin on adamı sərvətlərini iki dəfə artıraraq 700 milyard dollardan 1,5 trilyon dollara çatdırıb. 

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə Oxfam xeyriyyə təşkilatları assosiasiyasının bazar ertəsi, yanvarın 17-də açıqladığı hesabatda deyilir.

Sənəddə qeyd edilir ki, bütün milyarderlər pandemiyadan əvvəlki 14 illə müqayisədə yuxarıda göstərilən dövr ərzində sərvətlərini kollektiv şəkildə artırıblar.

Oxfam-ın məlumatına görə, planetin 55 min ən varlı adamı 2019-2021-ci illər arasında sərvətlərini 14% artırıb. Müqayisə üçün qeyd edək ki, bu müddət ərzində qlobal sərvət 1% artıb. "Bəşəriyyətin ən varlıları ilə qalanları arasındakı uçurum beləliklə, dramatik şəkildə genişlənib", - hesabat müəllifləri bildirirlər.

Koronavirus pandemiyasından əvvəl dünya əhalisinin təxminən yarısı, yəni 3,2 milyard insan yoxsulluq içində yaşayırdı. Oxfam qeyd edir ki, bu günə qədər bu rəqəm 160 milyon artıb.

Daha kasıb ölkələrin iqtisadiyyatları pandemiyanın təsirlərindən hələ də sağalmadığı üçün ən yoxsul insanların 20%-i çox zərər çəkib.

Mütəxəssisləri xüsusilə narahat edən qızların və qadınların vəziyyətinin pisləşməsidir. İki il əvvəlki vəziyyətlə müqayisədə planetdə işinə görə pul alan qadınların sayı 13 milyon nəfər azalıb. Eyni zamanda, qadınların ailə üzvlərinə qulluq etmək kimi təmənnasız işlərlə məşğul olanların sayında da artım müşahidə olunub.

Oxfam bütün dünya hökumətlərini korporasiyalara və super varlılara daha yüksək vergilər qoymağa və bundan əldə edilən gəlirləri sosial xidmətlərin inkişafı üçün istifadə etməyə çağırır. 
Assosiasiya hesab edir ki, koronavirus peyvəndi üçün patentlərdən imtina etmək və onların planetdə ədalətli yayılmasını təmin etmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO