Edama məhkum edilən güneyli alim beynəlxalq mükafat aldı

Hazırda oxunan: Edama məhkum edilən güneyli alim beynəlxalq mükafat aldı

43134

İsveç vətəndaşı olan güneyli azərbaycanlı alim Əhmədrza Calali beynəlxalq mükafata layiq görülüb.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə  hazırda Tehranın “Evin” zindanında saxlanılan və barəsində ölüm hökmü çıxarılan güneyli elm adamının xanımı Vida Mehranniya mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Calali beynəlxalq “Academic Freedom” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Academic Freedom” mükafatı Belçika Universitet Professorları Assosiasiyası tərəfindən təqdim edilir. Mükafat alimlərin həbsə atılmamasını, azad şəkildə tədqiqatlarını davam etdirməli olduğunu simvolizə edir. Bundan öncə oktyabrın 17-də Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı yeni bəyanat yayıb.

Bəyanatda İran hökumətindən Əhmədrza Calalinin barəsində çıxarılan edam hökmünün ləğv olunması və alimin dərhal azadlığa buraxılması istənilib.

Professor Əhməd Calali İsveç vətəndaşıdır, o, İranda "Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. 

Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 Nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO