İran rəsmisi İsrailə meydan oxudu - DETALLAR

Hazırda oxunan: İran rəsmisi İsrailə meydan oxudu - DETALLAR

43132

“Bizim sarsıdıcı cavabımız İsrailə onlarla triyon dollar ziyan vuracaq”.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani oktabrın 24-də “Twitter” hesabında yazıb.

O, İsrail ordusunun İrana qarşı mümkün hücuma hazırlaşması üçün 1,5 milyard dollar büdcə ayırması ilə bağlı yayılan xəbərə fikir bildirib.

Əli Şəmxani deyib ki, İranın hər hansı bir hücuma qarşı kəskin və sarsıdıcı cavabı İsrailə onlarla trilyon dollar ziyan vuracaq. 

“Sionist rejimi İrana qarşı şər addımlar atmaq yerinə, yaxşısı budur ki, İranın kəskin və sarsıdıcı cavabından sonra bu ölkəyə dəyəcək ziyanı aradan qaldırmaq üçün onlarla trilyon dollar büdcəni təmin etmək haqqında düşünsün”, - deyə Əli Şəmxani vurğulayıb.
 

Xatırladaq ki, İranın atom təsisatlarına qarşı mümkün hücum məqsədilə İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilib. Bu barədə İsrailin “Şəbəkə 12” telekanalı oktyabrın 18-də məlumat yayıb.


İsrail telekanalı bildirir ki, təsdiq edilən 1,5 milyard dollarlıq büdcə İranın möhkəm yeraltı atom mərkəzlərinə qarşı keçiriləcək hücumda istifadə ediləcək hərbi təyyarələrin, PUA-ların, digər ağır silah-sursatın alınmasına və ya hazırlanmasına və hücum planına uyğun olaraq lazımi məlumatların toplanılmasına sərf ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO