SOS: Suitilərin cəsədləri Xəzərin sahilinə səpələnib - FOTOFAKT

Hazırda oxunan: SOS: Suitilərin cəsədləri Xəzərin sahilinə səpələnib - FOTOFAKT

43014

“Bomboş, payız çimərliyində, Xəzərin sahilində  suiti cəsədləri sahilə səpələnmişdi.

Yaxınlaşanda cəsədlərin üzərində sintetik balıq torlarının qalıqlarını gördüm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Nigar Nika adlı istifadəçi yazıb.
 

“Bu o deməkdir ki, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş bu gözəl heyvanların ölümünü təbiət hadisələri deyil, insanın əl işi diktə edib!”, deyə o, qeyd edib.


Müəllif xatırladır ki, Xəzər suitisi Xəzərin yeganə məməlisidir, dünyada suitilərin ən kiçik növüdür və nəsli kəsilmək ərəfəsindədir. Brakonyerlər sintetik torları ilə onları məhv edirlər.

Mənfəət susuzluğu balıqçı-brakonyerlərin gözlərini örtüb. Düşünmürlər ki, onların sayəsində bu heyvan növləri yer üzündən yox ola bilər.

Bu sintetik torların ölkəyə idxalı qadağan edilməlidir”.

O, ölkəmizdə biomüxtəlifliyin qorunmasına cavabdeh olan idarələri suitilərin xilas edilməsi üçün təcili olaraq lazımi tədbirlər görməyə çağırıb.

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO