Amerikalı jurnalistin Putinə qarşı flirt cəhdi UĞURSUZ OLDU - VİDEO

Hazırda oxunan: Amerikalı jurnalistin Putinə qarşı flirt cəhdi UĞURSUZ OLDU - VİDEO

42645

“Rusiya Enerji Həftəsi”nin moderator olan amerikalı jurnalist Hadley Gamble Rusiya prezidenti Vladimir Putinə qarşı yeddi flirt üsulundan istifadə edib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri bədən dili üzrə ekspert Darren Stanton səsləndirib.

Mütəxəssisin sözlərinə görə, amerikalı qadın öz saçlarına toxunmaq, oturaq vəziyyətdə ayaqlarını bir-birinin üstünə aşırmaq və gözlərini böyütmək kimi klassik yoldan çıxartma üsullarından istifadə edib və müsahibində maraq doğurmaq istəyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Putinin heyran olduğu aparıcıdan maraqlı PAYLAŞIM - VİDEO


Eyni zamanda, Stanton bütün bunların diqqətlə planlaşdırılmış taktikanın və ya improvizasiyanın bir hissəsi olduğunu dəqiq deyə bilməyib.

Ekspertin fikrincə, Gamblenin Putinə təsir etmək cəhdləri boşa çıxıb, çünki Kremlin başçısı o fəndlərə tamamilə biganə qalıb:

"Prezident Putin öz bədən dilinə sabit qalıb və əsas jestlərini saxlamağı bacarıb”.

Nəzərinizə çatdıraq ki, söhbət zamanı Vladimir Putin amerikalı jurnalisti “gözəl qadın” adlandırıb və ona kompliment deyib. Gamble də Putinə kompliment borcunu geri qaytarıb: “Siz də gözəl görünürsünüz”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO