Donald Tramp yeni sosial şəbəkə yaradır

Hazırda oxunan: Donald Tramp yeni sosial şəbəkə yaradır

42617

“Twitter”, “Тwitсh” və “Snарсhаt” servislərindəki hesabları bloklanan ABŞ-ın sabiq prezidenti Donald Tramp yeni sosial şəbəkə yaratmağa qərar verib. 

Bizim.Media xəbər verir ki, Donald Tramp “TRUTH Social” adlı sosial şəbəkəsində “hamıya söz haqqı verəcəyi” üçün məmnun olduğunu deyib. 

“Böyük texnologiyaların tiranlığına qarşı çıxmaq üçün “TRUTH Social” və TMTG (Trump Media & Technology Group) şirkətlərini qurdum.

Biz “Twitter” şəbəkəsində “Taliban”ın böyük mövcudluğa malik olduğu, lakin sevimli Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq.

Bu, qəbuledilməzdir... Tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşəcəyimə və böyük texnologiyalara qarşı mübarizə aparacağıma görə şadam”, - deyə ABŞ-ın keçmiş prezidenti bildirib. 

Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-da baş verən iğtişaşlardan sonra Donald Trampın sosial media hesabları birdəfəlik bloklanıb.

Tramp hesablarının bərpası üçün məhkəməyə müraciət etsə də, nəticəsiz olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO