Məşhur aktyor 3 yaşlı qızından imtina etdi - SƏBƏB

Məşhur aktyor 3 yaşlı qızından imtina etdi - SƏBƏB

Hazırda oxunan: Məşhur aktyor 3 yaşlı qızından imtina etdi - SƏBƏB
42031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktyor Ouen Uilsonun keçmiş sevgilisi Varuni Vonqsvirates onun haqqında qalmaqallı iddialar irəli sürüb.

Bizim.Media xəbər verir ki, "Daily Mail" qəzetinə danışan Varuni atasının 3 yaşlı qızını heç vaxt görmədiyini açıqlayıb. O, balaca qızı Laylanın atasına ehtiyacı olduğunu vurğulayıb:

"Bu yaxınlarda qızım Laylanın üçüncü doğum gününü qeyd etdik. Ouenə qızını görməsi üçün yalvardım. Amma o bununla bağlı heç bir şey etmədi.

Düzdür, maddi dəstək verdi, lakin bu kifayət deyil. Laylanın bir ataya ehtiyacı var. Ouenin filmlərində həmişə ata rollarını oynaması, amma həyatda qızı ilə görüşməməsi o qədər ironikdir ki".

Qeyd edək ki, Varuni hamilə olduğunu deyəndə aktyor ona inanmayıb və DNT analizi tələb edib. Ouen qızını qəbul etməsə də, testin nəticəsi Laylanın onun qızı olduğunu təsdiqləyib.

Aktyorun bundan başqa keçmiş münasibətlərindən 10 və 7 yaşlarında iki oğlu var. Heç vaxt rəsmi nikah bağlamayan Ouen onlarla tez-tez görüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO