Ərini öldürən səfirin xanımı 31 illik həbs cəzası aldı

Ərini öldürən səfirin xanımı 31 illik həbs cəzası aldı

Hazırda oxunan: Ərini öldürən səfirin xanımı 31 illik həbs cəzası aldı
34758
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransuaza de Souza Oliveyra 2016-cı ildə ərini öldürüldüyünə görə 31 il müddətinə həbs cəzası alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “G1” portal yazıb.

“Məhkəmə Fransuaza de Souza Oliveyranı 31 il, sevgilisi olan polis əməkdaşı Serjio Moreyranı isə 22 il müddətinə azadlıqdan məhrum edib”, - məlumatda belə qeyd olunub.

Saxlanılan polisin qohumu Eduardu Moreyra cinayətdən bəraət alıb, ancaq səfirin cəsədini gizlətdiyinə görə bir il həbs cəzasına məhkum edilib. O, bu cəzanı artıq çəkib.
 

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis 2016-cı ilin dekabrında ölüb. Onun yanmış cəsədi Rio-de-Janeyroda bir avtomobildə tapılıb.


Amiridis Braziliya əsilli xanımı ilə Milad tətili üçün Rio-de-Janeyroya gedib və 26 dekabrda orada yoxa çıxıb. Fransuaza de Souza Oliveyra hadisədən xəbərsizmiş kimi ərinin itkin düşməsi barədə elan verib və araşdırma zamanı onun 59 yaşlı ərinin öldürülməsini təşkil etdiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO