Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ

Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ

Hazırda oxunan: Azərbaycanlı Həştərxan gömrüyündə 10 min dollarından İMTİNA ETDİ
273372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı reysi ilə Həştərxana gələn Azərbaycan vətəndaşı gömrükdə “yaşıl dəhliz”dən keçərək bəyan edəcək heç nəyi olmadığını bildirib. Lakin yoxlama zamanı onun üzərində 10 200 dollar və 41 250 rubl nağd pul aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

O, pulu gömrük əməkdaşlarına könüllü təhvil verib və qaydaları bilmədiyini izah edib.
 

Məhkəmə Rusiya gömrük qaydalarını pozmaqda təqsirli bilərək ona cərimə təyin edib və götürülən pulun sahibinə qaytarılması barədə qərar çıxarıb. Lakin həmin şəxs pullarını almaq üçün geri dönməyib.


Nəticədə Həştərxan gömrüyü 10 200 dollar və 41 250 rublun dövlət büdcəsinə keçirilməsi üçün məhkəməyə müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO