Araz Ağalarov Kamçatkada vulkan şəklində hava limanı tikir - FOTO 

Araz Ağalarov Kamçatkada vulkan şəklində hava limanı tikir - FOTO 

Hazırda oxunan: Araz Ağalarov Kamçatkada vulkan şəklində hava limanı tikir - FOTO 
26686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarovun rəhbərlik etdiyi “Crocus Group” şirkəti Kamçatkada misilsiz hava limanının tikintisinə başlayıb.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı rus mətbuatı yayıb. 

Mənbə bildirir ki, zahiri olaraq yeni terminal vulkanın kalderasına (böyük qazan) bənzəyir. Hava limanının tutumu ildə bir milyon yarım sərnişinə bərabər olacaq və nəticədə Kamçatkanı ziyarət edənlərin sayı 800 min nəfər artacaq.  

Yelizovo hava limanının inşasına Böyük Britaniyanın "Bölgələrin Hava limanları" şirkəti investisiya qoyub.

İnşaat sahəsindəki sıfır dövr işləri artıq başlayıb. Ümumilikdə layihəyə 800-dən çox insan cəlb olunacaq. Sərnişin terminalında 8 körpü quraşdırmaq planlaşdırılır. Hava limanı ərazisində 120 otaqlı otel də inşa ediləcək. 

Araz Ağalarov deyib ki, Kamçatka çətin iqlim və seysmik şəraitində yerləşdiyindən tikinti heç də asan olmayacaq. 

Obyektin tikintisinə on milyard rubldan çox sərmayə qoyulacaq. Əsas investor Rusiyanın VEB dövlət şirkətidir. 

Bizim.Media

Araz Ağalarov Kamçatkada vulkan şəklində hava limanı tikir - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO