Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumdan narahat olduğunu bildirdi

Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumdan narahat olduğunu bildirdi

Hazırda oxunan: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumdan narahat olduğunu bildirdi
256051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə olaraq bölgədə İsrailin hücumları ilə başlayan qarşıdurmanın yayılma riskinə və təhlükəsizlik mühitinin pozulmasına hər fürsətdə diqqət çəkmişik. ABŞ tərəfindən bu gün İranın nüvə obyektlərinə edilən hücum həmin riski ən yüksək səviyyəyə qaldırdı. Türkiyə ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. Baş verən hadisələr regional münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola bilər. Biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik.

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.

Türkiyə XİN açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Açıqlamada, həmçinin deyilir: “İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. Türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO