Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi - FOTO

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi - FOTO

Hazırda oxunan: Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi - FOTO
234406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz" deyib.

Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Ərdoğan İndoneziya Prezidentinə
Ərdoğan İndoneziya Prezidentinə
Ərdoğan İndoneziya Prezidentinə
Ərdoğan İndoneziya Prezidentinə


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO