
- A-
- A
- A+
Qazaxıstan bu Konfransa rəhbərlik edəcək – Tokayev açıqladı
Qazaxıstanın rəhbərlik edəcəyi Ümumdünya Ticarət Təşkilatının 12-ci Nazirlər Konfransı bu ilin noyabr ayının sonu - dekabr ayının əvvəlində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okoncio-İveala ilə görüşündə açıqlayıb.
Videokonfrans formatında keçirilən danışıqlar zamanı K.J.Tokayev bu yaxınlarda ÜTT-nin rəhbəri vəzifəsinə seçilməsi münasibətilə həmsöhbətini təbrik edib və təşkilatla əməkdaşlığın Qazaxıstanın prioritetlərindən biri olduğunu vurğulayıb.
Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan ÜTT-nin rəhbərliyi ilə təşkilata üzv dövlətlər, vaksin istehsalçıları və mövcud vaksinlərə ehtiyacı olan ölkələr arasında dialoqu dəstəkləyir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































