Cənubi Koreyada polis Prezident Ofisinə basqın etdi

Cənubi Koreyada polis Prezident Ofisinə basqın etdi

Hazırda oxunan: Cənubi Koreyada polis Prezident Ofisinə basqın etdi
224704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Ofisinə basqın edib, axtarış aparır.

Bizim.Media  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir. 

Belə ki, ölkə prokurorları prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı araşdırmalara başlayıb.

Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinə basqın keçirib.

Məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.

Cənubi Koreyanın keçmiş müdafiə naziri, istefadan bir müddət sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Hazırda sabiq müdafiə nazirinin səhhətinin normal olduğu deyilir.

Məlumata görə, Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO