BMT-dən XƏBƏRDARLIQ: 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər

BMT-dən XƏBƏRDARLIQ: 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər

Hazırda oxunan: BMT-dən XƏBƏRDARLIQ: 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər
213139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son on ildə qlobal dəniz səviyyəsi artıq 10 santimetrdən çox qalxıb. İqlim böhranı nəticəsində 2100-cü ilə qədər 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT Baş Assambleyasıın (UNGA) ekzistensial təhdidləri aradan qaldırmaq üçün sentyabrın 25-də dəniz səviyyəsinin qalxması ilə bağlı yüksəksəviyyəli iclasında qeyd edilib.

İclasda BMT-nin dəniz səviyyəsinin qalxmasının cari və gələcək təsirləri haqqında “İstiləşən dünyada dalğalanan dənizlər” adlı yeni hesabatı təqdim edilib.

Hesabata əsasən, XX əsrin əvvəlindən bəri qlobal orta dəniz səviyyəsi ən azı son 3000 ildə hər hansı əvvəlki əsrdən daha sürətlə qalxıb və bu tendensiya davam edir:

“Evlər, dolanışıq vasitələri və nəhayət insan həyatı dəniz səviyyəsinin qalxması təhlükəsi altındadır. İqlim böhranı dəniz səviyyəsinin daha da yüksəlməsinə səbəb olduğu üçün 2100-cü ilə qədər 410 milyona qədər insan sahil daşqınları riski ilə üzləşə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO