Londona mer seçilir - Namizədlər arasında azərbaycanlı var - FOTO

Hazırda oxunan: Londona mer seçilir - Namizədlər arasında azərbaycanlı var - FOTO

20253

Bu gün Londonda mer seçkiləri keçirilir.

Bizim.Media-nın məlumatına görə, azərbaycanlı Kamran Balayev London meri vəzifəsinə namizəddir.

Onun namizədliyi 2017-ci ildə yaradılmış “Renew” mərkəzçi partiyası tərəfindən irəli sürülüb. K. Balayevin ən əsas rəqibləri arasında hazırkı mer, Leyboristlər partiyasının namizədi Sadıq Xan və Mühafizəkarlar partiyasının namizədi Shaun Bailey də var. Qeyd edək ki, Kamran Balayev Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. O, BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz hüquqşünaslar” təşkilatının qurucusudur.

Xatırladaq ki, Londonda mer seçkiləri ötən il keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Hazırda seçicilər poçt yolu ilə və seçki məntəqələrinə getməklə səsvermə hüququndan istifadə edə bilirlər. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO