Qazaxıstanda daşqınlar: 104 mindən çox insan təxliyə edilib - VİDEO

Qazaxıstanda daşqınlar: 104 mindən çox insan təxliyə edilib - VİDEO

Hazırda oxunan: Qazaxıstanda daşqınlar: 104 mindən çox insan təxliyə edilib - VİDEO
187067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan xilasediciləri daşqın səbəbindən bir sıra yaşayış məntəqələrindən 104 mindən çox insanı təxliyə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.

Onun sözlərinə görə, daşqın başlayandan indiyədək 104 min 233 nəfər xilas edilib, onlardan 11 min 571-i müvəqqəti məskunlaşma mərkəzlərindədir.

Aktobe, Kostanay, Akmola, Atırau, Şimali Qazaxıstan və Şərqi Qazaxıstan vilayətlərində 4117 ev, 1264 həyətyanı sahə və 2037 bağ evi su altında qalıb.

Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarına 30 mindən çox insan, 3,5 min texnika və 17 təyyarə cəlb olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO