Rusiyada seçkilərin yekun nəticəsi BU TARİXDƏ açıqlanacaq

Rusiyada seçkilərin yekun nəticəsi BU TARİXDƏ açıqlanacaq

Hazırda oxunan: Rusiyada seçkilərin yekun nəticəsi BU TARİXDƏ açıqlanacaq

183134

Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticəsi martın 21-i açıqlanacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova açıqlayıb. 

Onun sözlərinə görə, builki seçkilərdə 77,44% təşkil edən seçici fəallığı Rusiyanın yeni tarixində rekord göstərici olub. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçirilib. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparıb.
Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO