İstanbulda axtarışda olan 25 mindən çox şəxs tutuldu

İstanbulda axtarışda olan 25 mindən çox şəxs tutuldu

Hazırda oxunan: İstanbulda axtarışda olan 25 mindən çox şəxs tutuldu

178787

İstanbulda son ay yarım ərzində aparılan işlər çərçivəsində müxtəlif cinayətlərə görə axtarışda olan 25 027 nəfər tutulub.

Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, şəhərin Asayiş Şöbə Müdirliyi Axtarılan Şəxslər Bürosundan verilən məlumata görə, müvafiq əməliyyatlar yanvarın 1-dən fevralın 15-dək olan dövrü əhatə edib və vilayət daxilində keçirilib.

Saxlanılanlar arasında dələduzluğa görə 68 il 6 ay həbs cəzası alan bir şəxs də var.

Şübhəlilərdən 7 397 nəfərin qaçaq hökmlü olduğu təyin olunub.

Müxtəlif polis bölmələrində qeydiyyatları tamamlanan şübhəlilər ədliyyə orqanlarına təhvil veriliblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO