Ərdoğan:

Ərdoğan: "Öz kosmik gəmimizin istehsalına başlayacağıq"

Hazırda oxunan: Ərdoğan: "Öz kosmik gəmimizin istehsalına başlayacağıq"
175711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə öz kosmik gəmisinin istehsalına başlamağı planlaşdırır.

Bizim.Media NTV telekanalına istinadla xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşdə deyib.

"İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik. İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı bu ilin yanvarın 19-da Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Onun bu həftənin sonunda Yerə qayıdacağı gözlənilir.

Ərdoğan Türkiyənin ikinci təyyarədaşıyıcısının inşası planlarını da açıqlayıb. “Biz 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin özünün müdafiə sənayesindəki payı cəmi 20 faiz idi. İndi 80 faiz təchizat səviyyəsinə çatmışıq və bunu 100 faizə çatmaq niyyətindəyik. Əgər hərbi cəhətdən zəifsənsə, tərk edilmişsən. İndi biz ikinci təyyarədaşıyan gəmimizi öz tərsanəmizdə tikəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO