Tokayev prezidentlik müddəti ilə bağlı yayılan xəbərləri təkzib etdi

Tokayev prezidentlik müddəti ilə bağlı yayılan xəbərləri təkzib etdi

Hazırda oxunan: Tokayev prezidentlik müddəti ilə bağlı yayılan xəbərləri təkzib etdi
171862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb.

Bizim.Media "Kazinform"a istinadən xəbər verir ki, bunu Tokayev "Egemen Qazaqstan" qəzetinə müsahibəsində deyib.

"Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin edilməsi məqsədilə aparılmayıb", - o qeyd edib.

Tokayev vurğulayıb ki, Konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməzdir:

“Bu norma dövlətimizin müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar kimi sarsılmazdır”.

Qeyd edək ki, yenilənmiş Konstitusiyaya əsasən, Qazaxıstanda prezidentlik yeddi il müddətinə təyin edilir və dövlət başçısı yalnız bir dəfə seçilə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO