Almaniyadan deportasiya olunandan sonra cinayət törədən şəxsə HÖKM OLUNDU

Almaniyadan deportasiya olunandan sonra cinayət törədən şəxsə HÖKM OLUNDU

Hazırda oxunan: Almaniyadan deportasiya olunandan sonra cinayət törədən şəxsə HÖKM OLUNDU
169615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda şəxsi münaqişə nəticəsində adam bıçaqlamaqda təqsirləndirilən Samir Aşurovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Təqsirləndirilən şəxs Samir Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Samir Aşurovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2022-ci ilin aprelin 19-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

Qeyd edək ki, Samir Aşurov ötən il martın 29-da Almaniyadan readmissiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO