Rusiyanın 300 milyard dollarının bir hissəsi Ukraynaya veriləcək?

Rusiyanın 300 milyard dollarının bir hissəsi Ukraynaya veriləcək?

Hazırda oxunan: Rusiyanın 300 milyard dollarının bir hissəsi Ukraynaya veriləcək?

169421

G7 ölkələri Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş ehtiyatlarının bir hissəsini müsadirə etmək imkanlarını fəal şəkildə araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” mənbələrə istinadən yayıb.

ABŞ-ın G7 komitələrində müzakirə edilən təklifinə görə, belə bir addım Rusiyanın təcavüzünü dayandırmaq üçün cavab tədbiri kimi beynəlxalq hüquqa uyğundur.

Vaşinqton hesab edir ki, Rusiya aktivləri ilə bağlı qərar qəbul etmək üçün az müddət var.
Eyni zamanda, əksər Avropa ölkələri hələ də investorların mənfi reaksiyasından ehtiyat edərək, vəsaitlərin birbaşa müsadirə edilməsinin əleyhinədirlər. Bununla belə, ABŞ və Aİ-də Ukraynaya yeni yardım paketlərinin təsdiqi ilə bağlı çətinliklər fonunda ehtiyatlardan istifadə ilə bağlı müzakirələr intensivləşib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO