Kiyevə raket hücumu: Dağıntılar və xəsarət alanlar var - VİDEO

Hazırda oxunan: Kiyevə raket hücumu: Dağıntılar və xəsarət alanlar var - VİDEO

168746

Dekabrın 13-nə keçən gecə Kiyev şəhərinə raket hücumu olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kiyev şəhər Hərbi Administrasiyası yayıb.

Mənbə qeyd edir ki, Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumları Ukrayna paytaxtında dağıntılara səbəb olub və onlarla mülki şəxs xəsarət alıb. Zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, paytaxtın Dnepr rayonunda raket qalıqları yaşayış binasının fasadına ziyan vurub, 7-ci mərtəbədə yanğın baş verib. Sakinlər təxliyə edilib.

"İlkin məlumata görə, 34 nəfər xəsarət alıb, onlardan 7-si uşaqdır, xəsarət alanların bəziləri xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib”, - deyə Kiyev meri bildirib.

Həmçinin yaşayış binasının həyətində 4 avtomobil yanıb. Raket qalıqlarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində su təchizatı şəbəkəsinə ziyan dəyib. Hadisə yerində təcili yardım briqadaları işləyir.
Mer, həmçinin bildirib ki, paytaxtın Desnyansky rayonunda yaşayış binasının həyətində yanğın olub. Açıq ərazidə raket parçası yanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO