Avropanın ən bədbəxt ölkəsi MƏLUM OLDU 

Avropanın ən bədbəxt ölkəsi MƏLUM OLDU 

Hazırda oxunan: Avropanın ən bədbəxt ölkəsi MƏLUM OLDU 
168322
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstan növbəti dəfə Avropa İttifaqının ən bədbəxt ölkəsi kimi tanınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) məlumatlarında qeyd edilib. 

Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az - 5,7 kimi qiymətləndirən yeganə bolqarlar olub.

Mütəxəssislər müəyyən ediblər ki, almanlar hazırkı yaşayış səviyyəsindən o qədər də razı deyillər - orta hesabla 6,5 bal. Reytinqdə birinci yeri Avstriya tutub - bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb - 7,7 xal. 
Analoji tədqiqatın nəticələri yazda BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında təqdim edilib. O zaman Finlandiya əhəmiyyətli fərqlə birinci yeri tutmuşdu. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO