Moskvada hava limanları fəaliyyətini bərpa etdi - YENİLƏNİB - VİDEO

Moskvada hava limanları fəaliyyətini bərpa etdi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Moskvada hava limanları fəaliyyətini bərpa etdi - YENİLƏNİB - VİDEO

166127

Moskvada “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.

Bizim.Media xəbər verir ki, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib.

*** 08:20

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO