Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO   

Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO   

Hazırda oxunan: Mərakeşdə XİLASETMƏ İŞLƏRİ – Hər dəqiqə uğrunda gedən yarış – VİDEO   
154835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün öncə baş verən zəlzələdə qurbanların sayı isə durmadan artır. Yaşayış binaları ilə yanaşı tarixin də məhv olduğu ölkədə isə hökumət xarici ölkələrin yardımından imtina edib. 

Bizim.Media xəbər verir ki, Mərakeşdə son yüzilliyin ən dağıdıcı zəlzələsinin qurbanlarının sayı artır.  

Təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 3 minə yaxınlaşıb. 2 min 500 nəfərdən çox olan yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. 

Zəlzələ təkcə yaşayış binalarını deyil, bir sıra mədəni-tarixi, dəyərli obyektlərə də zərər vurub. Mərakeşlilərin qürur yeri olan 12-ci əsrin tarixi abidəsi demək olar ki, tamamilə dağılıb. Dağıntılar altında qalan insanların  axtarış-xilasetmə işləri isə fasiləsiz davam etdirilir. Hələ də bir çox məntəqələrə real köməyin çatmadığı bildirilir.  

Ölkənin baş naziri zəlzələ qurbanlarına təzminat ödəyəcəyini vəd edib. Belə fəlakətlərin fonunda Mərakeş hökumətinin xarici ölkələrdən təklif edilən humanitar yardımlardan imtina etməsi suallar doğurur.  
Qeyd edək ki, Mərakeş cəmi 4 ölkənin humanitar yardımını qəbul etməyə hazır olduğunu bildirib. Fransanın və ABŞ-nın  yardım müraciətlərinə isə rədd cavabı verib. Mərakeş rəsmiləri bunu humanitar yardımların koordinasiyasının çətinlikləri ilə izah edib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO