Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində irəliləyir

Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində irəliləyir

Hazırda oxunan: Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində irəliləyir

153872

Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Onlar Zaporojye bölgəsində azad edilmiş Robotinodan cənuba doğru irəliləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi Pavel Kovalçuk məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Avdeyevski və Marinski istiqamətində düşmənin hücumunu dəf edir.
"Həmçinin Liman və Baxmut istiqamətlərində düşmən uğursuz hücum əməliyyatları keçirib. Ağır döyüşlər davam edir", - Kovalçuk əlavə edib.

Son üç ay ərzində Ukrayna SQ ölkənin cənubunda hücum əməliyyatlarına başlayıb. Zaporojye və Donetsk vilayətlərində 10-dan çox yaşayış məntəqəsi azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO