
- A-
- A
- A+
İranda azyaşlıların koronavirusa yoluxma halları sürətlə artır - Rəsmi açıqlama
“İranda azyaşlı uşaqların “Covid-19” infeksiyasına yoluxma halları sürətlə artır”.
Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, bu barədə Tehranın Koronavirusla Mübarizə Milli Qərargah rəisinin müavini Nadir Təvəkküli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
İranda 24 saatda 88 nəfər vəfat etdi
O bildirib ki, Novruz bayramı ərfəsində ictimai aktivliyin müşahidə olunması, insanların gigiyena qaydalarına riayət etmədən kütləvi şəkildə ticarət mərkəzlərinə getməsi və şəhərlərarası səfərlərin artması xəstəliyin daha geniş yayılmasına əlverişli şərait yaradıb:
“Hazırda Tehranda 260- 300 yoluxma faktı qeydə alınır, 2000-2400 nəfərə yaxın insan isə ambulator müalicə alır”.
Nadir Təvəkküli həmçinin, bildirib ki, 10 yaşına çatmayan uşaqların koronavirusa yoluxma və xəstəxanalara yerləşdirilməsi halları artaraq 11%-ə yüksəlib:
“Halbuki ötən aylar bu faiz çox aşağı idi. Bu isə böyük bir təhlükədir və hesab edirəm ki, bunun qarşısını almaq üçün addımlar atılmalıdır”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































