Ərdoğan NATO sammitində iştirak üçün Litvaya GEDİR

Ərdoğan NATO sammitində iştirak üçün Litvaya GEDİR

Hazırda oxunan: Ərdoğan NATO sammitində iştirak üçün Litvaya GEDİR

145415

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacaq.

Sammitdə alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO