Zaxarova Araik Arutyunyanı tanımadığını bildirdi - VİDEO

Hazırda oxunan: Zaxarova Araik Arutyunyanı tanımadığını bildirdi - VİDEO

144928

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanı tanımadığını və onun “bəyanatları” ilə tanış olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə danışıb.

Erməni jurnalist ona Arayik Arutyunyanın fikirlərini çatdırıb.  

Qarabağdakı baş separatçı rus sülhməramlılarını ittiham edib ki, onlar ötən ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatının qarşısını almaq məqsədilə üçtərəfli razılaşmaları pozublar və Laçın yolu boyunca yerləşən 3 yaşayış məntəqəsini - Laçın, Zabux və Susu Azərbaycana veriblər. 

M.Zaxarova isə onun dediklərinə belə cavab verib:

“Mən sizin dediyiniz "bəyanatlar"la və adını çəkdiyiniz şəxslə tanış deyiləm, ona görə də şərh verməyəcəyəm. Laçın yolunun marşrutunun dəyişdirilməsi isə 2020-ci il noyabrın 10-da imzalanmış sənədə uyğun həyata keçirilib".
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO