Ukrayna ordusu cənubda 158,4 kvadrat kilometr ərazini azad edib

Ukrayna ordusu cənubda 158,4 kvadrat kilometr ərazini azad edib

Hazırda oxunan: Ukrayna ordusu cənubda 158,4 kvadrat kilometr ərazini azad edib

144247

Ukrayna Müdafiə Qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində irəliləyir. Son bir həftə ərzində onlar 37 kv.km ərazini azad ediblər. 

Bizim.Media “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Telegram-da yazıb.

“Şərqdə həm hücum, həm də müdafiə əməliyyatları davam edir. Baxmut istiqamətində hərəkət edirik, düşmən isə Limansk, Avdeyevsk və Maryinsk istiqamətində hücumlarını davam etdirir, qoşunlarımızı öz mövqelərindən sıxışdırıb çıxarmağa çalışırlar. Lakin layiqli cavab alırlar. İndi orada ağır döyüşlər gedir”, - deyə Malyar bildirib.

Nazir müavini əlavə edib ki, son bir həftə ərzində əməliyyat şəraitinin yaxşılaşdırılması və cəbhə xəttinin hamarlanması nəticəsində işğaldan azad edilmiş ərazi 9 kvadrat km artırılıb.
Cənubda Müdafiə Qüvvələri Melitopol və Berdyansk, xüsusən Novodarovka, Priyutnoye, Novodanilovka, Robotino, Novoselka, Staromayorsk istiqamətlərində irəliləyir.

Malyarın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bütün sahələrdə uğur qazanıb. Son bir həftə ərzində 28,4 kvadrat km ərazi boşaldılıb. 

Ümumilikdə cənubda işğaldan azad edilən ərazi artıq 158,4 kvadrat km.-dir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO