
- A-
- A
- A+
Dünya
10:12 / 02.07.2023
1 dəq oxunma
Ötən ay dünyada ən isti iyun olaraq tarixə düşdü
Hazırda oxunan: Ötən ay dünyada ən isti iyun olaraq tarixə düşdü
144121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
2023-cü ilin iyunu meteoroloji ölçmələr tarixində ən isti iyun ayı kimi tarixə düşüb.
Bizim.Media xəbər verir ki, sözügedən dövrdə bir çox ölkədə rekord temperatur göstəriciləri qeydə alınıb.
Texas ştatında Selsi şkalası 48 dərəcə, Çinin şimalında 44,7, Yaponiya, Nepal və Vyetnamda isə 44 dərəcə göstərib.
Bu ölkələrdə yüksək temperatur dəniz canlılarının kütləvi məhvinə səbəb olub. Almaniya və Çexiyada 39 dərəcə, İsveçrədə 37 dərəcə istilik qeydə alınıb. Keçmiş SSRİ məkanına gəlincə, maksimal temperatur Özbəkistanda 43, Türkmənistanda 42 dərəcə təşkil edib.
Meteoroloji ölçmələr tarixində ilk dəfə iyunda planetin orta aylıq temperaturu 16,7 dərəcəyə yüksəlib. Sinoptiklər iyulun daha isti olacağı qənaətindədirlər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































