Monqolustanda vəba ilə bağlı HƏYƏCAN SİQNALI 

Hazırda oxunan: Monqolustanda vəba ilə bağlı HƏYƏCAN SİQNALI 

143563

Monqolustanın Çinlə sərhədində yerləşən Qobi-Altay vilayətinin regional xəstəxanasına bubon-vəba şübhəsi ilə ağır xəstə daxil olub.  

Bizim.Media Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Zoonoz İnfeksiyaların Tədqiqi Milli Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Enkhbayarin Dulmaa məlumat verib. 

Onun sözlərinə görə, xəstəliyə yoluxmuş 21 yaşlı gənc iyunun 26-da Qobi-Altay vilayətinin Buqat qəsəbəsindən regional xəstəxanaya gəlib:  

“Onda yüksək hərarət də daxil olmaqla, vəba xəstəliyinin bir sıra simptomları olduğu aşkar olunub. Onunla təmasda olan daha 40 nəfər isə təcrid edilib. Bubon taununun analizinin nəticələri hələ alınmayıb və buna görə də son diaqnoz hələ təsdiqini tapmayıb”. 

Həkimlər gəncin vəziyyətini kritik qiymətləndirildiyi üçün rayon xəstəxanasında infeksiyaya nəzarət rejimi tətbiq edilib.  

Fövqəladə hallar üzrə xüsusi komissiyanın iyunun 26-dan 27-nə keçən gecə keçirilən iclasında, rayonda 6 günlük yüksək hazırlıq rejiminin tətbiqi qərara alınıb. 

Güclü hazırlıq rejimi, iyunun 27-dən başlayaraq, növbəti 6 gün ərzində Buqat qəsəbəsi və vilayət ərazisindən kənarda əhalinin giriş-çıxışının məhdudlaşdırılacağını və spirtli içkilərin satışının müvəqqəti qadağan olunacağını nəzərdə tutur. Vilayət ərazisində yerləşən bütün tibb müəssisələri yüksək hazırlıq rejiminə keçirilib. 

Qeyd edək ki, iyunun 23-də Zoonoz Xəstəliklərin Tədqiqi üzrə Milli Mərkəzi Monqolustanın 17 rayonunda 137 təbii vəba ocağının aşkar edildiyini bəya edib.

Monqolustanın səhiyyə naziri Sodnomin Çinzoriq, zoonoz infeksiyaların baş vermə riskini ölkədə heyvandarlığın aktiv inkişafı ilə əlaqələndirib. Ölkənin “Rospotrebnadzor” təşkilatı bölgələrə taun xəstəliyinin qarşısını almaq üçün tədbirlər görməyə hazır olmağı tövsiyə edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO