Moskvada Azərbaycan əsilli iş adamlarına məxsus bazarda YANĞIN – VİDEO 

Moskvada Azərbaycan əsilli iş adamlarına məxsus bazarda YANĞIN – VİDEO 

Hazırda oxunan: Moskvada Azərbaycan əsilli iş adamlarına məxsus bazarda YANĞIN – VİDEO 

141210

Rusiyanın paytaxtı Moskvada “Sadovod” bazarında yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, yanğın səkkizinci sırada yerləşən alış-veriş pavilyonlarını bürüyüb. 

Hazırda insanlar bazardan təxliyə edilir.  

Rusiya Fövqəladə Hallar Xidməti bildirib ki, hazırda yanğının ərazisi və dərəcəsi dəqiqləşdirilir. 

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur. 

 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO