Çin Marsın şəkillərini yaydı - FOTO

Çin Marsın şəkillərini yaydı - FOTO

Hazırda oxunan: Çin Marsın şəkillərini yaydı - FOTO
13699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin Milli Kosmos Administrasiyası "Tianwen-1" zondunun çəkdiyi Mars planetinin 3 yüksəkölçülü şəkilini yayıb.

Bizim.Media xəbər verir ki, "Tianwen-1" zondu Mars planetinin 2 panxromatik ağ-qara fotosunu planetin səthindən 330-350 kilometr yüksəklikdən çəkib.

 

MÖVZU İLƏ BAĞLI:

Marsa qarşı “yeddi dəqiqəlik terror” - İlk səslər qeydə alındı - VİDEO


Çinin Marsın tədqiqi missiyasının nümayəndəsi Liu Toncie bildirib ki, həmin fotolarda Qırmızı planetin bəzi diqqətəlayiq coğrafi xüsusiyyətləri əks olunub.

"Şəkillərdə Marsın relyefindəki kiçik kraterlər, dağ silsilələri aydın görünür", - deyən çinli mütəxəssis əlavə edib ki, şəkillərdən birində diametri təxminən 620 metr olan krater əks olunub.

Marsın şimal bölgəsində çəkilən rəngli fotoda isə 5 min kilometr məsafədə böyük ərazi görünür.

Qeyd edək ki, Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi ötən ilin iyulunda uğurla baş tutub. 

Bizim.Media

Çin Marsın şəkillərini yaydı - FOTO - foto 1
Çin Marsın şəkillərini yaydı - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO