Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib

Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib

Hazırda oxunan: Polşa ötən il Ukraynaya 6,4 milyard avro həcmində yardım göstərib
126894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Polşa qonşu Ukraynaya ümumilikdə 6,4 milyard avro həcmində yardım göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Maqdalena Jeçkovska məlumat verib. 

O bildirib ki, Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra milyonlarla ukraynalı üçün sərhədlərini açıb və qaçqınlar üçün bir sıra çoxşaxəli yardım proqramları təqdim edib, eləcə də qonşu ölkəyə silah və digər avadanlıqlarla dəstək göstərilib.

Nazirin sözlərinə görə, Ukraynaya göstərilən yardımın həcmi Polşanın ümumi daxili məhsulunun təxminən bir faizinə bərabərdir.

Həmçinin qeyd edilib ki, hazırda 780 minə yaxın Ukrayna vətəndaşı Polşada işlə təmin olunub və onların arasında azad sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da kifayət qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO