ABŞ-da DAŞQIN: 10 minə yaxın insan təxliyə EDİLDİ

ABŞ-da DAŞQIN: 10 minə yaxın insan təxliyə EDİLDİ

Hazırda oxunan: ABŞ-da DAŞQIN: 10 minə yaxın insan təxliyə EDİLDİ

124915

ABŞ-ın Kaliforniya ştatında güclü yağış və fırtınalı hava fəsadlara yol açıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Təbiət hadisəsi 2 nəfərin ölümünə, 10 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub.

Milli Meteorologiya Xidməti 25 milyon insanın daşqın xəbərdarlığı altında olduğunu bildirib.

Son 3 ayda əyalətin yüksək hissələri qarla örtülüb, sahil və aşağı hissələr isə leysan yağış və daşqınlara məruz qalıb.

Sierra Nevada bölgəsində qarın qalınlığı 2,5 metrə yaxınlaşarkən, sahilyanı Santa Kruz şəhərində daşqın səbəbindən bəzi yollar yararsız hala düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO