BMT rəsmisi ilə Laçın yolundakı vəziyyət müzakirə OLUNDU

BMT rəsmisi ilə Laçın yolundakı vəziyyət müzakirə OLUNDU

Hazırda oxunan: BMT rəsmisi ilə Laçın yolundakı vəziyyət müzakirə OLUNDU
123150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

28 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı, insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub.

Nazir müavini Elnur Məmmədov Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

Bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.

Nazir müavini Elnur Məmmədov, həmçinin Azərbaycanın sülh və quruculuq səylərinin Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşdiyini qeyd edib. Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib.

Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.

Görüş zamanı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO