"Türkiyə XİN-in əməkdaşı Hatayda dağıntılar altında qalıb" - Çavuşoğlu

Hazırda oxunan: "Türkiyə XİN-in əməkdaşı Hatayda dağıntılar altında qalıb" - Çavuşoğlu
121940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Hatayda dağıntılar altında qalıb."

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi və İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Yohan Forssel ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Çox sayda ölkə bizə yardım edir. 102 ölkə isə axtarış-xilasetmə tədbirləri iə bağlı təklif edib”, - deyə nazir əlavə edib.

XİN başçısı bildirib ki, 11 mindən çox axtarış-xilasetmə mütəxəssisi Türkiyəyə gəlib:

"Həmçinin, dünyanın hər yerindən yardımlar gəlir. Ən çox lazım olan avadanlıqlardan biri çadırdır ki, xaricdən ölkəmizə 90 mindən çox çadır gəlib".

Hatayda baş verən zəlzələ zamanı XİN-in bir əməkdaşının dağıntıların altında qaldığını deyən M.Çavuşoğlu qeyd edib ki, ondan hələ də xəbər yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO