Rusiyanın hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə çatıb

Rusiyanın hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə çatıb

Hazırda oxunan: Rusiyanın hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə çatıb
114962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasının raket hücumuna məruz qalması nəticəsində ölənlərin sayı 35-ə, 14-ü uşaq olmaqla yaralıların sayı 75 nəfərə yüksəlib".

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, 39 nəfər dağıntılar altından xilas edilib. Dağıntılar altında qalanların xilas edilməsi əməliyyatı davam edir.

Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.

Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO