Dneprdə raketin binaya düşməsi nəticəsində 5 ölü, 60-a yaxın yaralı var – FOTO/VİDEO 

Dneprdə raketin binaya düşməsi nəticəsində 5 ölü, 60-a yaxın yaralı var – FOTO/VİDEO 

Hazırda oxunan: Dneprdə raketin binaya düşməsi nəticəsində 5 ölü, 60-a yaxın yaralı var – FOTO/VİDEO 

114818

Rusiya Ordusunun Dneprə raket zərbələri endirməsi nəticəsində dağıdılan hündürmərtəbəli yaşayış binasında ölənlərin sayı 5 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk polis idarəsinin rəisi Valentin Rezniçenko özünün “Telegram” kanalında məlumat verib.

Məlumata görə, 60 nəfər xəsarət alıb, onlardan 12-si uşaqdır. Rezniçenko bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko isə qeyd edib ki, ümumilikdə binada 72 mənzil yararsız vəziyyətə düşüb. Həmin mənzillərdə 50-si uşaq olmaqla ümumilikdə 100-dən artıq sakin yaşayıb.
Onun sözlərinə görə, bütün mənzillərdə pəncərələr sındırılıb. Binanın 16 girişindəki mənzillərin hamısı işıqsız və qazsız qalıb.

Hazırda Dnepr sakinləri dağılan binanın qarşısına yorğan-döşək və isti çaydan ibarət termoslar gətirir, dağıntıların təmizlənməsinə kömək edirlər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO