
- A-
- A
- A+
Bakıdan Qazaxa gedən avtobus Tovuzda yük maşınıyla toqquşdu – Yaralılar var
Bakıdan Qazax rayonuna gedən sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistal yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "KamaZ” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində miroavtobusda olanlar sərnişinlər 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2005-ci il təvəllüdlü Nuray Namazova , 2002-ci il təvəllüdlü Nürgün Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova və daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerlışdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































