"Evimi satıb, pulu Aqil Babayevə verdim" - "İmam Mehdi"nin işində zərərçəkmiş DANIŞIR 

Hazırda oxunan: "Evimi satıb, pulu Aqil Babayevə verdim" - "İmam Mehdi"nin işində zərərçəkmiş DANIŞIR 

98754

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Daşqın Aslanov ifadə verib.

O bildirib ki, Aqil Babayevin əməllərinə görə ona 70 min manat ziyan dəyib:

"Həmin pulu  müxtəlif vaxtlarda şəhid ailələrinə kömək etmək, zəkat vermək və günahlarımın bağışlanması üçün vermişəm. Ona 2000-ci ildən başlayaraq hər 100 manat bir, 200 manat bir zəkat vermişəm". 

Zərərçəkmiş qeyd edib ki, bundan əlavə ilk vaxtlarda evini satıb və 20 min dollar pulu Aqil Babayevə verib:

"Ümumilikdə 40 min manat pul vermişəm. 2020-ci ilin oktyabrında isə İkinci Qarabağ Müharibəsində döyüşən şəxslərin ailələrinə yardım etmək üçün Aqil Babayevə 8 min manat verdim.  Bundan əlavə isə 10 min manat da günahlarımın bağışlanması, paklanmaq üçün vermişəm". 

Aqil Babayev ifadəsində zərərçəkmişin dediklərini təkzib edib. Bu zaman iclasda qalmaqal yaranıb. Zərərçəkmiş şəxslər Aqil Babayevə qarşı etik olmayan sözlər işlədərək, ona hücum etmək istəyiblər. Onlar  ittiham olunan şəxsin hüquqlarını müdafiə edən vəkilləri də təhqir ediblər. Məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə zərərçəkmiş şəxslər zaldan kənarlaşdırılıb.  
Növbəti proses oktyabrın 25-də.davam edəcək. 

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib Zaman olmasına inandırıb.
Belə ki, o, insanları təsir altına salaraq, hər ay ona pul ödənilməsini istəyib və toplanan pulların kasıblara paylandığını, şəhid ailələri, Qarabağ əlilləri üçün evlərin tikintisinə xərcləndiyini deyib. 

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO