Dilənçilərə nalayiq davranan polislərdən XƏBƏR VAR  

Dilənçilərə nalayiq davranan polislərdən XƏBƏR VAR  

Hazırda oxunan: Dilənçilərə nalayiq davranan polislərdən XƏBƏR VAR  
97596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb:

"Həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər. 

Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər. 
Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO